Qəza zamanı nə etməli?
Sığorta hadisəsi baş verdikdə təxirəsalınmaz addımlar, rəsmi qaydalar və tez-tez verilən suallar
Hadisə Zamanı Zəng Etməli Olduğunuz Nömrələr
Qəza Baş Verdikdə Nə Etməli?

Sığorta qanunvericiliyinə əsasən, hadisə baş verdikdən dərhal sonra (gecikdirmədən) sığortaçı məlumatlandırılmalı və 3 iş günü ərzində yazılı ərizə təqdim olunmalıdır.
DİN / DYP Əməkdaşlarını Hadisə Yerinə Çağırın
102 ZəngYol-nəqliyyat hadisəsi baş verdikdə ilk növbədə 102 xidmətinə zəng edərək DYP əməkdaşlarını çağırın. Hadisənin rəsmi protokol və qərarla qeydə alınmasını təmin edin.
Zərurət Olduqda Təcili Tibbi Yardım və FHN-ə Bildirin
103 / 112Xəsarət alan şəxslər varsa, təcili tibbi yardım (103) və zərurət yarandıqda FHN (112) orqanlarını dərhal məlumatlandıraraq ilk yardım göstərilməsinə şərait yaradın.
Sığorta Şirkətinə Dərhal Məlumat Verin
9707 / SığortaçıNövbəti addımda siz öz sığorta şirkətinizə zəng vuraraq hadisə haqqında məlumat verməlisiniz. Əgər avtomobilin hansı şirkətdə sığortalandığını bilmirsiniz və ya unutmusunuzsa, 9707 qısa nömrəsinə dövlət qeydiyyat nişanı nömrəsini göndərməklə şirkət adını öyrənə bilərsiniz.
Hadisə Yerini Tərk Etməyin və İlkin Vəziyyəti Qoruyun
İlkin VəziyyətNəqliyyat vasitələrini və zərər dəymiş əmlakı hadisədən sonrakı ilkin vəziyyətdə saxlayın. Sığorta eksperti və yol polisi baxış keçirənədək avtomobilləri hadisə yerindən tərpətməyin.
Yazılı Sığorta Tələbi Ərizəsini Təqdim Edin
3 İş GünüHadisə barədə ilkin şifahi bildirişdən sonra 3 iş günü ərzində müvafiq sığorta şirkətinə rəsmi yazılı müraciət formasını dolduraraq tələb olunan sənədlərlə birlikdə təqdim edin.
Sığorta Ödənişi Üçün Tələb Olunan Əsas Sənədlər
Zərərin qiymətləndirilməsi və sığorta ödənişinin həyata keçirilməsi üçün zəruri sənədlər siyahısı
Sığorta Hadisələri və İddialar üzrə Tez-tez Verilən Suallar
Sığorta brokerinin rolu, kompensasiya limitləri və zərərlərin tənzimlənməsi qaydaları
Sığorta brokeri müstəqil peşəkar vasitəçidir. Sığorta şirkətlərindən fərqli olaraq, broker sığortalının (müştərinin) maraqlarını təmsil edir. O, bazardakı bütün sığorta təkliflərini təhlil edir, ən sərfəli tarif və geniş təminat şərtlərini seçir və sığorta hadisəsi zamanı ödənişin alınmasında müştərinin hüquqlarını müdafiə edir.
Sığorta Hadisəsi Zamanı Yanınızdayıq
Zərərin müstəqil qiymətləndirilməsi, sənədləşmə və sığorta ödənişinin qanuni müddətdə tam alınması üçün peşəkar broker komandamız sizə təmənnasız dəstək göstərməyə hazırdır.
